“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
Bu ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılır.
Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər çalışmalar üzrə məqbulları yerinə yetirirlər.
Noyabrın 24-dək davam edəcək yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyən ediləcək.
Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir VİDEO
Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib
Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir VİDEO