×
A
A
A
Sazlamalar

Beynəlxalq dərəcəli hakim Fuad Ağayev CEV tərəfindən yeni təyinat alıb

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz bu gün CEV kuboku yarışının 1/16 final mərhələsinin matçını idarə edəcək.
F.Ağayev kişi voleybolçular arasında “Dinamo” (Buxarest, Rumıniya) - “Lüneburq” (Almaniya) qarşılaşmasının baş hakim olacaq. Matçın ikinci hakimi vəzifəsini isə bosniyalı Jasmin Huseynoviç yerinə yetirəcək.

İdman 2022-11-16 16:05:00