Luis Suares və Edinson Kavani dünya çempionatı üçün Uruqvay millisinə dəvət olunublar
Bakı, 11 noyabr, AZƏRTAC
Futbol üzrə Uruqvay millisinin Qətərdə təşkil olunacaq dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, heyətdə qapıçılar - Fernando Muslera ("Qalatasaray", Türkiyə), Serxio Roçet ("Nasyonal"), Sebastyan Sosa ("İndependyente", Argentina), müdafiəçilər - Xose Mariya Ximenes ("Atletiko" Madrid, İspaniya), Sebastyan Koates ("Sportinq", Portuqaliya), Dieqo Qodin ("Atletiko Mineyro", Braziliya), Martin Kaseres ("Los-Anceles Qelaksi”, ABŞ), Ronald Arauxo ("Barselona", İspaniya), Xose Luis Rodriges (“Nasyonal"), Luis Espino ("Kadis", İspaniya), Matias Oliveyra ("Napoli", İtaliya), Matias Vinya ("Roma", İtaliya), yarımmüdafiəçilər - Rodriqo Bentankur ("Tottenhem", İngiltərə), Felipe Karbalyo, Felipe Karbalyo (hər ikisi "Nasyonal"), Matias Vesino ("Latsio", İtaliya), Xiorxyan de Arraskaeta ("Flamenqo", Braziliya), Fakundo Pelyistri ("Mançester Yunayted", İngiltərə), Martin Satriano ("Empoli", İtaliya), Fakundo Torres ("Orlando Citi", ABŞ), hücumçular - Darvin Nunyes ("Liverpul", İngiltərə), Luis Suares ("Nasyonal"), Edinson Kavani ("Valensiya", İspaniya) və Nikolas Lopes ("UANL Tiqres", Meksika) yer alıblar.
Qeyd edək ki, Uruqvay millisi mundialda Portuqaliya, Qana və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq.
Azərbaycan hakimləri Avropa Voleybol Konfederasiyasından təyinat alıblar
“Qarabağ” “Molde” ilə oyun üçün Norveçə yola düşüb
Qurban Qurbanov: Norveçdən yaxşı nəticə ilə qayıdacağımıza inanıram
Azərbaycan parataekvondoçuları İngiltərəyə yollanıblar
Çempionlar Liqası: Bu gün 1/8 finalın daha üç iştirakçısı müəyyənləşə bilər