Portuqaliya milli komandasının dünya çempionatı üçün yekun heyəti açıqlanıb
Bakı, 11 noyabr, AZƏRTAC
Futbol üzrə Portuqaliya milli komandasının dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, heyətdə qapıçılar - Dioqu Koşta ("Portu"), Xose Sa ("Vulverhempton", İngiltərə), Ruy Patrisiu ("Roma", İtaliya), müdafiəçilər - Dioqu Dalo ("Mançester Yunayted", İngiltərə), Joau Kanselu, Ruben Diaş (hamısı "Mançester Siti", İngiltərə), Danilo Pereyra, Nunu Mendeş (hər ikisi PSJ, Fransa), Pepe ("Portu"), Antoniu Silva ("Benfika"), Rafael Gerreyro ("Borussiya" Dortmund, Almaniya), yarımmüdafiəçilər - Joau Palinya ("Fulhem", İngiltərə), Ruben Neveş, Mateus Nunyes (hər ikisi "Vulverhempton", İngiltərə), Bernardu Silva ("Mançester Siti", İngiltərə), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə), Joao Mariu ("Benfika"), Otavio Monteyro ("Portu"), Vitinya (PSJ, Frabsa), Vilyam Karvalyu ("Betis", İspaniya), hücumçular - Andre Silva ("Leiptsiq", Almaniya), Kriştianu Ronaldu ("Mançester Yunayted"), Qonsalu Ramos ("Benfika"), Joau Feliks ("Atletiko" Madrid, İspaniya), Rafael Leau ("Milan", İtaliya) və Rikardu Orta ("Braqa") yer alıblar.
Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Portuqaliya H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir