Bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı keçiriləcək
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 11-12-də Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı keçiriləcək.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bədii gimnastika üzrə yarışlarda balacalar (2012-2014-cü illər) fərdi çoxnövçülük, alətsiz, top və halqa ilə, yeniyetmələr (2010-2011-ci illər) fərdi çoxnövçülük, halqa, top, gürzlərlə proqramlarını nümayiş etdirəcəklər.
Gənclər (2007-2009-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyasında mübarizə aparacaq gimnastlar fərdi çoxnövçülük, halqa, top, gürzlər, lentlə hərəkətlərin icrasında öz aralarında qalibi müəyyənləşdirəcəklər.
Aerobika üzrə yarışlarda yeniyetmələr (2008-2010-cu illər) fərdi qadınlar, üçlük və qrup, gənclər isə (2005-2007-ci illər) yalnız fərdi qadınlar proqramında mübarizə aparacaqlar.
Karate üzrə milli komandamız yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edir
Qadın şahmatçıların respublika çempionatında ilk turun oyunları keçirilib
Güləşçimiz Taleh Məmmədov Xorvatiyada qızıl medal qazanıb
Cüdoçumuz Paris “Böyük dəbilqə” turnirində fransız idmançını məğlub etdi VİDEO