×
A
A
A
Sazlamalar

Fransa millisinin mundial üçün 25 nəfərlik heyəti açıqlanıb

Bakı, 10 noyabr, AZƏRTAC

Fransa millisinin 2022-ci il futbol üzrə dünya çempionatında iştirak edəcək 25 nəfərlik heyəti açıqlanıb.
AZƏRTAC Fransa Futbol Federasiyasına istinadla xəbər verir ki, millinin heyətində 2022-ci ilin “Qızıl top”unun qalibi Kərim Benzema da var.
Heyətdə qapıçılar- Alfons Areola (“Vest Hem”, İngiltərə), Uqo Loris (“Tottenhem”, İngiltərə), Stiv Mandanda (“Renn”), müdafiəçilər Luka Hernandez, Benjamin Pavard, Dayo Upamekano ("Bavariya", Almaniya ), Teo Hernandes (“Milan”, İtaliya), Presnel Kimpembe (“PSJ”), İbrahim Konate (“Liverpul”, İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Uilyam Saliba (“Arsenal”, İngiltərə), Rafael Varan (“Mançester Yunayted”, İngiltərə), yarımmüdafiəçilər Eduardo Kamavinqa, Orelyen Tçuameni (“Real Madrid”, İspaniya), Yussuf Fofana (“Monako”), Matteo Qenduzi, Jordan Veretu (“Marsel”), Adrien Rabio (“Yuventus”, İtaliya), hücumçular Kinqsli Koman (“Bayern”, Almaniya) , Usman Dembele (“Barselona”, İspaniya), Olivye Jiru (“Milan”, İtaliya), Antuan Qrizman (“Atletiko Madrid”, İspaniya), Kristofer Nkunku (“Leypsiq”, Almaniya), Kərim Benzema (“Real Madrid”, İspaniya), Kilian Mbappe (“PSJ”).
Qeyd edək ki, mundial noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Fransa millisi çempionatda Avstraliya, Danimarka və Tunislə birlikdə D qrupunda mübarizə aparacaq.

İdman 2022-11-10 05:53:00