UEFA Konfrans Liqası: “Qarabağ”ın “Gent”ə qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib
Bakı, 9 noyabr, AZƏRTAC
Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, gələn il fevralın 16-da Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq ilk qarşılaşma saat 21:45-də start götürəcək.
Fevralın 23-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.
“Sabah” klubu “Səbail”ə böyük hesabla qalib gəlib
Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib
Bakıda MMA üzrə “Selection-5” peşəkar turniri keçirilib