Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış kuboku yarışının səkkizdəbir final mərhələsinə yüksəlib
Bakı, 9 noyabr, AZƏRTAC
Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış kuboku yarışında növbəti mərhələyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, komandamız turnirin 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində Avstriyanın "Qrats" klubu ilə üz-üzə gəlib.
Bakı Voleybol Mərkəzində keçirilən görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:0 (25:13, 25:12, 25:23).
Bu arenada baş tutan ilk qarşılaşmada da "Murov" rəqibini eyni hesabla məğlub edib. Komanda iki görüşün nəticəsinə əsasən səkkizdəbir finala adlayıb.
Qeyd edək ki, "Murov" 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" komandasını mübarizədən kənarlaşdırıb.
Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib
Azərbaycan–Səudiyyə Ərəbistanı matçı heç-heçə ilə yekunlaşıb
Qılıncoynadanlarımız dünya kubokunun mərhələ yarışına Qazaxıstanda hazırlaşırlar
Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat alıb
Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər