Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında daha iki medal qazanıb
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında daha iki medal qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Xanım Hüseynova bürünc medal uğrunda görüşdə yaponiyalı Karusa Oqavaya qalib gələrək, çempionatı üçüncü pillədə başa vurub.
İkiqat Paralimpiya çempionu İlham Zəkiyev (90 kq-dan yuxarı) də çempionatı mükafatçılar sırasında bitirib. Həlledici görüşdə braziliyalı Vilyans Araujoya uduzan İ.Zəkiyev dünya çempionatında gümüş medalla kifayətlənib.
Ötən gün millimizin üzvlərindən Şəhanə Hacıyeva (48 kq) və Namiq Abbaslı (73 kq) bürünc medal qazanıblar.
Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən çempionatda 41 ölkədən 250-dək paracüdoçu mübarizə aparıb.
Baş məşqçi: Yay Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunmağa çalışacağıq
U-16 qızlar komandamızın hazırlığı davam edir
Azərbaycanlı cüdoçu Qran-Pri turnirində gümüş medal qazanıb
Azərbaycanlı velosipedçilər “Tour of Sharjah” yarışının ikinci mərhələsini başa vurublar