Bu gün Azərbaycan Premyer Liqasında üçüncü turun təxirə salınmış oyunu keçiriləcək
Bakı, 9 noyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü turun təxirə salınmış oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” klubu “Turan Tovuz”un qonağı olacaq. Saat 14:30-da başlayacaq matçı baş hakim Tural Qurbanov idarə edəcək.
Bu komandalar arasında 11-ci turda keçirilən görüşdə Ağdam təmsilçisi evdə 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Qarabağ” 36 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. Tovuz təmsilçisi isə 15 xalla altıncıdır.
Baş məşqçi: Yay Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunmağa çalışacağıq
U-16 qızlar komandamızın hazırlığı davam edir
Azərbaycanlı cüdoçu Qran-Pri turnirində gümüş medal qazanıb
Azərbaycanlı velosipedçilər “Tour of Sharjah” yarışının ikinci mərhələsini başa vurublar