Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında ilk medalını qazanıb
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında ilk medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 48 kiloqram çəki dərəcəsində çıxış edən Şahanə Hacıyeva ilk görüşdə türk Cahide Eke uduzub. Təsəlliverici görüşlərdə təmsilçimiz misirli Hent Muhammad və isveçrəli Karmen Bryussiqə qalib gəlib və üçüncü yer uğrunda görüşə çıxmaq hüququ qazanıb. Bürünc medal uğrunda görüşdə tayvanlı Kai-Kin Liyə qalib gələn paracüdoçumuz bürünc medala sahib olub.
Heydər Əliyev İdman Konsert Kompleksində keçirilən çempionatda 41 ölkədən 250-dək paracüdoçu mübarizə aparır.
İspaniya La Liqası: “Barselona” çətin “Betis” səfərindən qələbə ilə dönüb
Sərbəst güləşçilərimiz Xorvatiyada daha iki medala sahib olublar
Güləşçimiz Əliabbas Rzazadə "Zaqreb Open" turnirində qızıl medal qazanıb