Bu gün Bakıda paracüdo üzrə dünya çempionatına start veriləcək
Bakı, 7 noyabr, AZƏRTAC
Bu gün Bakıda paracüdo üzrə dünya çempionatına start veriləcək.
AZƏRTAC xəbər verir ki, noyabrın 10-dək davam edəcək çempionatda 41 ölkədən paracüdoçular tatami üzərinə çıxacaqlar.
Heydər Əliyev İdman Konsert Kompleksində təşkil olunacaq çempionatda ölkəmizi 13 cüdoçu - İsmayıl Muradov (60 kq J1), Amil Əliyev (73 kq J1), Hüseyn Rəhimli (73 kq J2), Namiq Abaslı (73 kq J2), Zakir Mislimov (90 kq J1), İlham Zəkiyev (+90 kq J1), Kənan Abdullaxanlı (+90 kq J2), Əsma İbrahimova (48 kq J2), Şəhanə Hacıyeva (48 kq J2), Vəfa Seyidova (57 kq J1), Xanım Hüseynova (70 kq J2), Xatirə İsmiyeva (+70 kq J1) və Dürsədəf Kərimova (+70 kq J2) təmsil edəcək.
Qeyd edək ki, sentyabrda çempionatının loqosu, medalları və maskotu ictimaiyyətə təqdim olunub. Yarışın açılış mərasimi 8 Noyabr - Zəfər Gününə təsadüf etdiyindən, loqoda xarıbülbülün rənglərinə yer verilib. Səkkizguşəli ulduz formasında olan medalların üst tərəfində yarışa ev sahibliyi edəcək ölkənin adı və cüdoçuların fotoları yer alıb. Dünya çempionatının maskotu isə “Yenilməz” adlanır. Maskot Azərbaycan idmançılarının mübarizliyini əks etdirən alovlu oğlanı xatırladır.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir