“Böyük dəbilqə”: Azərbaycan cüdoçuları üçüncü qızıl medalı qazanıblar
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, komandamızın üzvü Səid Mollayi (81 kq) finalda belçikalı Mattias Kasseni məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu, Azərbaycan komandasının “Böyük dəbilqə” turnirində qazandığı 3-cü qızıl medal olub. Belə ki, bundan əvvəl təmsilçilərimiz Hidayət Heydərov (73 kq) və Balabəy Ağayev (60 kq) qızıl medal qazanıblar. Yığmamızın digər üzvləri Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medala sahib olublar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir