"Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Bu ilin döyüş hazırlığı planına uyğun olaraq “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb. Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb. Kurs birincisi əsgər Adəm Həsənov yaş kötüyünə rəmzi emblem vurub.
Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində tədbir keçirilib VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
İyirmi illik liderliyin Zəfər zirvəsi - ədalətin və bütövlüyümüzün qələbəsi - RƏY
Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib