×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı, 8 may, AZƏRTAC

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
"Xarici tədris gəzintisi" çərçivəsində ölkəmizdə səfərdə olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Sonra türkiyəli nümayəndə heyəti Milli Müdafiə Universitetində olublar. Burada qonaqlara universitetin yaranma tarixi, əsas fəaliyyət istiqaməti, təhsil prosesi barədə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

 

Ordu 2024-05-08 16:53:00