Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi davam edir VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə keçirilən təlimin növbəti mərhələləri üzrə tapşırıqlar icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib.
Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra olunub.
Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır.
Xüsusi təyinatlıların təlimi davam edir.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO
Azərbaycan Ordusunda Böyük britaniyalı mütəxəssislərin iştirakı ilə təlim kursu keçirilir