×
A
A
A
Sazlamalar

Banan sinir sistemini möhkəmləndirir

Bakı, 2 noyabr, AZƏRTAC

Banan sinir sistemini möhkəmləndirməyə, əhvali-ruhiyyə, yuxu, yaddaşın sabitləşməsi və ya yaxşılaşdırılmasına nail olmağa kömək edir. Onun tərkibində triptofan amin turşusu var, bunun sayəsində də banan antioksidant kimi təsir edir. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, orqanizmə nüfuz edərək, triptofan “sevinc hormonu” adlandırılan serotoninə çevrilir.
Qışda, əgər insanda bu meyvəyə fərdi əks göstəricilər yoxdursa, bananın qəbulu çox faydalıdır. Meyvənin tərkibində olan maqnezium sayəsində bananın istehlakı stresi azaltmağa və orqanizmin sinir yorğunluğuna davamlılığını artırmağa kömək edir”.
Bananın tərkibində yüksək səviyyədə olan B6 vitamini var. Ekspertlər hesab edirlər ki, bu vitamin sinir sisteminin fəaliyyəti üçün çox vacibdir.

Sağlamlıq klubu 2022-11-02 17:52:00