UEFA Çempionlar Liqası: "Atletiko Madrid” klubu avrokuboklarla vidalaşıb
Bakı, 2 noyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.
AZƏRTAC xəbər verir ki, artıq B qrupunda mübarizəyə yekun vurulub.
Portuqaliyada İspaniyanın "Atletiko Madrid” komandasına 2:1 hesabı ilə qalib gələn "Portu" 1/8 finala qrup lideri kimi adlayıb. Madrid təmsilçisi sonuncu yeri tutaraq avrokuboklarla vidalaşıb.
Almaniyada “Bayer Leverkuzen”lə qolsuz heç-heçə edən Belçika "Brügge"si pley-offa ikinci yerin sahibi kimi yüksəlib. Qrup 3-cüsü olan “Bayer Leverkuzen” isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
1 noyabr
B qrupu
21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1
Qollar: Mehdi Taremi, 5. Stiven Euştakiu, 24 - İvan Markano, 90+5 (avtoqol)
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir