×
A
A
A
Sazlamalar

UEFA növbəti dəfə “Qarabağ” klubu ilə bağlı paylaşım edib

Bakı, 1 noyabr, AZƏRTAC

UEFA növbəti dəfə “Qarabağ” klubu ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, qurum Avropa Liqasının tviter hesabında Azərbaycanın turnirin qrup mərhələsindəki təmsilçisinin fotolarını izləyiciləri ilə bölüşüb. Paylaşımda Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasında bu mövsüm keçirdiyi 11 matçın hamısında qalib gəldiyi vurğulanıb.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 5 matçdan 2-də qələbə qazanıb, 1-də heç-heçə edib, 2-də isə uduzub.

İdman 2022-11-01 18:52:00