Silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi başa çatıb VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.
Yüksək dağlıq və sərt iqlim şəraitində dislokasiya olunan bölmələrimizə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb. Döyüş növbətçiliyi aparan şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılıb.
Azərbaycan Ordusunun bütün bölmələrində silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi tam təmin olunub.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI
Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub VİDEO
Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib VİDEO
Hərbi institutun orkestr heyəti Bursada keçirilən beynəlxalq festivalda iştirak edir