Milli Müdafiə Universitetinin rəhbər heyəti Gürcüstanda elmi-praktik konfransda iştirak edib
Bakı, 26 oktyabr, AZƏRTAC
Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Qori şəhərində "NATO prioritetləri və Cənubi Qafqaz - status-kvo və dəyişikliklər" mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Gürcüstanın David Ağmaşenebeli Milli Müdafiə Akademiyasında təşkil olunan konfransda general-leytenant H.Piriyevin “İkinci Qarabağ müharibəsinin hərbi aspektləri” mövzusunda çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konfrans zamanı Azərbaycan Ordusunun digər nümayəndələrinin də müxtəlif mövzularda əyani və virtual çıxışları dinlənilib.
Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir VİDEO
Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb VİDEO
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib