×
A
A
A
Sazlamalar

4SİM “Rebuild Karabakh” sərgisində “Ən yaxşı debüt” mükafatına layiq görülüb

Bakı, 22 oktyabr, AZƏRTAC

II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” – “Rebuild Karabakh” sərgisində öz stendi ilə təmsil olunan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Ən yaxşı debüt” mükafatına layiq görülüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 4SİM-in təmsil olunduğu stenddə rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyaları üzərində qurulan həllər, rəqəmsal mədənçilik, “ağıllı” kənd təsərrüfatı, səhiyyə sahəsində tətbiqlər təqdim olunub.

Sərgilər 2022-10-22 14:24:00