×
A
A
A
Sazlamalar

Şirkət təmsilçisi: Məqsədimiz suvarma sistemlərinin Azərbaycanda geniş tətbiqinə dəstək olmaqdır

Bakı, 19 may, AZƏRTAC

Yüksək ixtisaslı mütəxəssislərdən formalaşan şirkətimiz kənd təsərrüfatlı təyinatlı suvarma sistemlərinin və avadanlıqlarının satışını həyata keçirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin iştirakçısı, “ONUR PLAST” MMC-nin satış üzrə meneceri Hilal Əhmədov deyib.
Bildirilib ki, 2018-ci ildə Azərbaycanda təsis olunan şirkətin əsas məqsədi innovativ həllər təklif etməklə, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin ölkəmizdə geniş tətbiqinə dəstək olmaq, respublikanın ən ucqar bölgələrində belə, istehlakçıların tələbatlarını qısa zamanda qarşılamaqdır: “ABŞ, Türkiyə və İsrail istehsalı olan, sənaye standartlarına uyğun yoxlanıldıqdan sonra satışa çıxardığımız məhsulların keyfiyyətinə tam zəmanət veririk. Müştəri məmnunluğunun təmin olunması bizim üçün prioritet vəzifədir”.
H.Əhmədov qeyd edib ki, təmsil etdiyi şirkət sərgidə yeni tərəfdaşlar tapmaq niyyətindədir. Müsahibimiz, həmçinin sərgidə şirkətlər üçün yaradılmış şəraitə görə təşkilatçılara öz minnətdarlığını ifadə edib.

İqtisadiyyat 2023-05-19 18:34:00