×
A
A
A
Sazlamalar

Türkiyə şirkəti Azərbaycanda zavod açmaq istəyir

Bakı, 21 oktyabr, AZƏRTAC

II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində məhsullarını nümayiş etdirən şirkətlərdən biri də Türkiyənin “GenPower” şirkətidir.
Şirkətin meneceri Alican Sevim AZƏRTAC-a müsahibəsində bildirib ki, “GenPower” generator istehsalı üzrə ixtisaslaşıb.
“Şirkətimiz artıq dörd ildir ki, Sinqapurda Formula 1 yarışlarına dəstək olur. Azərbaycanda isə 25 ildir fəaliyyət göstərir. Burada böyük şirkətlərlə əməkdaşlıq edirik. Gələcəkdə Bakıda “GenPower” şirkətinin zavodunun açılmasını planlaşdırırıq”.
A.Sevim vurğulayıb ki, İkinci Qarabağ müharibəsində şirkət tərəfindən Azərbaycan Ordusuna generatorlar da hədiyyə edilib.

 

Sərgilər 2022-10-21 19:19:00