Yanvar-sentyabr aylarında nəqliyyat vasitələri ilə 157,6 milyon ton yük daşınıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 157,6 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 12,3 faiz artıb. Yüklərin 57,1 faizi avtomobil, 8,6 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 30,5 faizi isə boru kəməri ilə daşınıb.
BNA mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlayıb
İyunda Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək
"Süleyman Vəzirov” gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub
Cari ilin iki ayında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb