×
A
A
A
Sazlamalar

4SİM “Rebuild Karabakh” sərgisində iştirak edir

Bakı, 20 oktyabr, AZƏRTAC

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində öz stendi ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, stenddə rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyaları üzərində qurulan həllər, həmçinin 4SİM-in tərəfdaşı olan Türkiyənin “KoçDigital” şirkəti ilə birlikdə rəqəmsal mədənçilik, “ağıllı” kənd təsərrüfatı, səhiyyə sahəsində tətbiqlər təqdim edilir.

 

Sərgilər 2022-10-20 11:59:00