“Rebuild Karabakh” sərgisi çərçivəsində “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh”, XXVII Azərbaycan Beynəlxalq İnşaat – “BakuBuild” və 14-сü “Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” sərgiləri öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində KOBİA-nın təşkilatçılığı ilə “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə keçirilib.
Dövlət rəsmilərinin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, regionun iqtisadi, investisiya və turizm potensialı, biznes üçün yaratdığı imkanlar barədə müzakirələr aparılıb. Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elxan Şiriyev, Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov və “PMD Group” MMC-nin baş icraçı direktoru Dəyanət Sədullayev mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarının sualları cavalandırılıb.
Xəzər İnşaat Həftəsi oktyabrda yenidən öz işinə başlayacaq
Şirkət təmsilçisi: Məqsədimiz suvarma sistemlərinin Azərbaycanda geniş tətbiqinə dəstək olmaqdır
“Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri öz işini başa çatdırıb
Şri-Lanka şirkətinin təmsilçisi: Azərbaycanda öz filialımızı açmaq istəyirik
“Caspian Agro” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilir