×
A
A
A
Sazlamalar

Sahib Məmmədov: Azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 1200-dən artıq layihə üzrə müraciət olunub

Bakı, 19 oktyabr, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə görülən tədbirlər dost və tərəfdaş ölkələrin şirkətlərinin cəlb olunması ilə həyata keçirilir. Bu xüsusda qeyd etmək yerinə düşərdi ki, bu ərazilərdə əlverişli biznes mühitinin formalaşdırılması üçün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində müraciətlər yerli və xarici biznes subyektləri tərəfindən təqdim edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 19-da iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda Xəzər İnşaat Həftəsinin açılış mərasimində deyib.
Nazir müavini bildirib ki, hazırda sözügedən ərazilərdə fəaliyyət göstərmək üçün 1200-dən artıq layihə üzrə müraciətlər daxil olub. Bunların da 400-dən çoxu xarici şirkətlərin payına düşür. Bir daha vurğulamaq istərdim ki, işğaldan azad edilmiş ərazilərimizin inkişafı üzrə həyata keçirilən fəaliyyətə dost və tərəfdaş dövlətlər tərəfindən lazımi dəstəyin göstərilməsi ölkəmizlə əməkdaşlıq münasibətlərinin həmrəylik ruhunda möhkəmlənməsinin bariz göstəricisidir.

Sərgilər 2022-10-19 16:09:00