×
A
A
A
Sazlamalar

Azərbaycan Dəmir Yolları “Rebuild Karabakh” sərgisində iştirak edir

Bakı, 19 oktyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Rebuild Karabakh” - II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində xüsusi stendlə iştirak edir.
AZƏRTAC xəbər verir ki, stenddə işğaldan azad edilmiş ərazilərdə tikintisi aparılan dəmir yolu layihələri barədə ətraflı məlumatlar təqdim olunur. ADY-nin stendində Qarabağda reallaşdırılan iki layihə - Horadiz-Ağbənd və Bərdə Ağdam dəmir yolu xətlərinin tikintisi barədə məlumatlar verilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin stendi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Nəqliyyat 2022-10-19 13:09:00