×
A
A
A
Sazlamalar

Sarıkök artrit olan insanlarda ağrını azaldır

Bakı, 15 oktyabr, AZƏRTAC

Artrit - bədənin istənilən hissəsində ağrıya səbəb ola bilən xroniki xəstəlikdir, lakin bəzən pəhrizdə edilən dəyişikliklər simptomları yüngülləşdirə bilər.
Artrit ınsanın gündəlik həyatını mürəkkəb edə bilər. Yeni tədqiqat ehtimal edir ki, pəhrizdə edilən dəyişikliklər xəstəliyin simptomlarını yüngülləşdirməyə kömək edə bilər. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, tədqiqat sarıkök tərkibli əlavələrin osteoartritin simptomlarını yüngülləşdirməkdə necə kömək edə biləcəyini araşdırıb.
“Sarıkök tərkibli əlavələr osteoartritin törətdiyi diz ağrılarında plasebodan daha effektivdir. Tədqiqatçılar təsadüfi seçim əsasında simptomatik osteoartrit olan 70 xəstəyə ya sarıkök əlavəsi, ya da plasebo təyin ediblər. 12 həftədən sonra sarıkök əlavəsini qəbul edənlər daha az ağrı və yan təsirlərin olduğunu bildiriblər",- deyə ailə həkimi Tatyana Zaxarova qeyd edib.
Sarıkök diz ağrısına plasebodan daha effektiv təsir edib, lakin diz oynağında ekssudat, sinovit və ya qığırdaq tərkibinə təsir etməyib. Bu nəticələrin klinik əhəmiyyətinin qiymətləndirilməsi üçün böyük seçim ölçülü çoxmərkəzli sınaqlar lazımdır.
Tədqiqat göstərib ki, sarıkök artrit olan pasiyentlərin sağlamlığı üçün bəzi üstünlüklərə malik ola bilər. Bu fakt bunun mümkün olmasında əminliyi artırır.
Hər bir oynaq müxtəlif güc və qıcıqlandırıcılara fərqli reaksiya verir. Sarıkök tərkibli əlavələr çiyin və ya biləklər üçün deyil, diz üçün işləyə bilər. Bundan əlavə, yadda saxlamaq lazımdır ki, əlavələrin faydalı olmasına baxmayaraq, onlar artritin törətdiyi ağrını yüngülləşdirmək üçün əsas vasitə kimi istifadə edilməməlidir.

Sağlamlıq klubu 2022-10-15 15:22:00