×
A
A
A
Sazlamalar

Hər gün piyada gəzmək çox faydalıdır

Bakı, 14 oktyabr, AZƏRTAC

Vaşinqton Universitetinin alimləri tərəfindən aparılan araşdırma təsdiq edib ki, gündəlik yerimə xroniki xəstəliklər riskini azaldır. AZƏRTAC bunu “MedikForum”a istinadla bildirir.
6 042 amerikalı müntəzəm olaraq özü ilə hər gün atılan addımların sayını hesablayan portativ cihazlar daşıyıb. Bu müşahidələr təsdiq edib ki, piyada gəzmək vərdişi müəyyən növ xəstəliklərin inkişaf riskini azaldır. Bu xəstəliklər arasında şəkərli diabet, hipertoniya, depressiya və yuxu apnesi. Bundan başqa piyada gəzinti piylənmə ehtimalını da azaldır.
Bundan əvvəlki tədqiqatlarda analoji nəticələrə gəlinib, lakin indi ilk dəfə olaraq elektron tibbi kartlarla birbaşa əlaqədə olan fəallığın izləmə cihazlarından istifadə olunurdu. Bu isə xroniki xəstəliklər riski ilə əlaqəli olan aktivlik səviyyələri barədə yeni empirik məlumatları əldə etməyə imkan verib.
Tədqiqatçılar güman edirlər ki, portativ kommersiya cihazlarının inteqrasiyası pasiyentlərin sağlamlığına nəzarət üçün faydalı ola bilər. Onlar hər bir iştirakçıda, orta hesabla, dörd aktivlik ili qeydə alıblar. Seçim təxminən altı ay ərzində hər gün 10 və ya daha çox saat öz bilərziklərini taxan insanlar arasında aparılıb. Gündəlik addımların sayı və onların intensivliyi daha sonra qrupdaxili xəstəlik halları ilə müqayisə edilib və daha sonra ümumi populyasiyada xəstələnmə göstəriciləri ilə müqayisə aparılıb. Ən faydalısı gündə 8200 və daha çox addım atmaq olub.

Sağlamlıq klubu 2022-10-14 18:26:00