“Python” mühitində sosial şəbəkə məlumatlarının sentiment analizi ilə bağlı eksperiment aparılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbənin rəhbəri texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova tədbirdə “Python mühitində maşın təlimi metodlarının tətbiqi əsasında sosial şəbəkə məlumatlarının sentiment analizi” mövzusunda müzakirələrin aparılacağını diqqətə çatdırıb. İnstitutun magistrantı Elmurad Həsənov mövzuya dair çıxış edərək əvvəlcə “Python” dilinin tarixindən bəhs edib. Məruzəçi “Python” dilinin bir çox sahələrdə istifadə olunduğunu, bu sahələrə süni intellekt və maşın öyrənməsi, verilənlərin analizi, oyun inkişafı, robotik kodlaşdırma və s. aid olduğunu söyləyib.
Sonra məruzəçi tədqiqat çərçivəsində apardığı eksperiment barədə məlumat verib. Tədqiqatın nəticələrindən bəhs edən E.Həsənov metodların hər birinin ayrı-ayrılıqda yüksək nəticə verdiyini və istər dəqiqlik, istərsə də digər göstəricilərin bir-birindən çox az fərqləndiyini vurğulayıb.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.
Elektron elm və elmmetriya problemləri ilə bağlı tədqiqatlar aparılır
“Böyük biliklərin” analitikasının elmi-nəzəri əsasları tədqiq olunacaq
OLAP texnologiyasının intellektuallaşdırılması üçün metod və alqoritmlər işlənilir
NASA bəşəriyyətin Aya qayıtması üçün yeni nəsil skafandr təqdim edib