Torpaqşünaslıq və Aqrokimya İnstitutunun dissertanturasına qəbulun nəticələri müzakirə edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi əsərlərinə həsr olunmuş jurnalın nəşri barədə müzakirələr aparılıb. Jurnalın veb-saytının ilkin versiyası şura üzvlərinə təqdim edilib. Həmçinin jurnalın baş redaktoru, məsul katibi və hər bir elm sahəsi üzrə redaktorları açıq səsvermə ilə müəyyənləşdirilib. Bununla yanaşı, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2022-ci il üçün elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbulun nəticələri müzakirə edilib. Elmlər doktoru hazırlığı üzrə qəbul olmuş dissertantların mövzuları ətrafında elmi müzakirələr aparılıb.
İnstitutun direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev ekologiya ixtisası üzrə doktorant Elman Yusifovun dissertasiya mövzusunun adının dəyişilməsini və elmi məsləhətçinin əlavə olunmasını təklif edib, bu istiqamətdə müzakirələr aparılıb.
Bundan əlavə, iclasda 5 Dekabr - Dünya Torpaq Gününə həsr olunacaq konfransın təşkili məsələsi də müzakirə edilib, tədbirin təşkilat komitəsi müəyyənləşdirilib.
Elmi şurada, həmçinin cari məsələlər müzakirə edilib, çıxışlar, təkliflər dinlənilib, suallar cavablandırılıb və bir sıra qərarlar qəbul olunub.
Mədəniyyət və İncəsənət Universitetinin 100 yaşı daha bir təhsil ocağında qeyd olunub
“Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfrans başa çatıb
AzTV-nin əməkdaşı BDU tələbələri ilə təcrübəsini bölüşüb
Xüsusi qabiliyyət tələb edən ixtisasların təsviri sənət istiqaməti üzrə seminar keçirilib