×
A
A
A
Sazlamalar

Türkiyə Super Liqası: İstanbul derbisi heçə-heçə yekunlaşıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Futbol üzrə Türkiyə Super Liqasında 2022-2023-cü il mövsümünün ilk İstanbul derbisi oynanılıb.
AZƏRTAC xəbər verir ki, VIII turun matçında “Fənərbağça” komandası “Beşiktaş”ın qonağı olub. “Vodofon Park” stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb.
Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran meydan sahibləri 6-cı, 14 xala malik olan “Fənərbağça” isə 7-ci pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, çempionatda turnir cədvəlinə 17 xalla “Başahşehir” komandası başçılıq edir.

İdman 2022-10-03 00:25:00