×
A
A
A
Sazlamalar

Formula 1 Sinqapur Qran-Prisinin qalibi bəlli olub

Bakı, 2 oktyabr, AZƏRTAC

Marina Bey avtodromunda keçirilən Formula 1 Sinqapur Qran-Prisinin qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, “Red Bull”un pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb.
Finişə ikinci sırada “Ferrari”dən Şarl Lekler çatıb. Onun komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.
Çempionatın hazırkı lideri “Red Bull”dan Maks Ferstappen yeddinci yerlə kifayətlənib.

İdman 2022-10-02 21:16:00