×
A
A
A
Sazlamalar

Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnir davam edir

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində 28-ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirin ikinci oyun günü keçirilib.
AZƏRTAC xəbər verir ki, iki qarşılaşmanın baş tutduğu oyun gününün ilk görüşündə “NTD BK” basketbolçuları, “Olimpik Şəki BK” komandasına 91-76 hesabı ilə qalib gəlib.
Növbəti oyun isə “Gəncə BK” və “AAAF Xırdalan BK” komandaları arasında keçirilib.
Bu görüşdə Gəncə basketbolçuları rəqibi üzərində 76-68 hesabla qalib olublar.

İdman 2022-10-02 21:00:00