×
A
A
A
Sazlamalar

Millimiz Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub

Bakı, 27 sentyabr, AZƏRTAC

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin sonuncu oyununda lüksemburqlu həmyaşıdları ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.
Beləliklə, qrupda keçirdiyi bütün oyunları uduzan Azərbaycan milli komandası seçmə mərhələdə xal qazana bilməyib.

İdman 2022-09-27 22:00:00