×
A
A
A
Sazlamalar

Amerikalı məşqçilər gənc güləşçilərimizlə öz təcrübələrini bölüşəcəklər

Bakı, 26 sentyabr, AZƏRTAC

ABŞ-ın Azərbaycandakı səfirliyi amerikalı güləş üzrə elçilər Con Smit və Salli Robertsin ölkəmizə səfərini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu səfər Azərbaycan Güləş Federasiyası və Gənclər və İdman Nazirliyi ilə birlikdə ABŞ Dövlət Departamentinin “İdman elçisi proqramı” çərçivəsində həyata keçirilib.
Amerikalı məşqçilər Azərbaycanda təqdimatlar vasitəsilə idmanda uğur qazanmağın və məşq sənətində liderlik bacarıqlarının inkişafı ilə bağlı təcrübələrini bölüşəcəklər.
Qonaqlar Bakı ilə yanaşı, Astara, Gəncə və Şamaxıda gənc güləşçilər və onların məşqçiləri üçün təlimlər keçəcəklər.
Qeyd edək ki, C.Smit 1987-1992-ci illərdə ardıcıl altı dəfə dünya çempionu olub. Həmçinin “Seul-1988” və “Barselona-1992” Yay Olimpiya oyunlarının qızıl mükafatçısıdır. S.Roberts üçqat ABŞ çempionu, dünya kuboku yarışlarının qalibi və dünya çempionatının ikiqat bürünc medalçısıdır.

İdman 2022-09-26 19:59:00