×
A
A
A
Sazlamalar

Tarix Muzeyi: “Silahın mistik gözəlliyi” adlı kataloq nəşr edilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri dosent Səbuhi Əhmədov tərəfindən “Silahın mistik gözəlliyi (Muzeydə XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgidə nümayiş olunan materiallar əsasında ilk dəfə olaraq, ətraflı şəkildə, elmi əsaslarla eyni adlı kataloq nəşr edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, 300-dən artıq fotoşəkillə zənginləşdirilmiş, nəfis tərtibatda çap olunan kataloqda XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı, xüsusiyyətləri haqqında geniş məlumat verilib. Eyni zamanda, silahların ümumi görünüşü ilə yanaşı, onların dekorativ tərtibatına da diqqət yetirilib.

Elm və təhsil 2022-09-26 14:57:00