Təhsil İdarəsi Könüllülük Proqramına start verir
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) VII Könüllülük Proqramına qatılmaq arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin struktur bölmələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, intizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.
VII Könüllülük Proqramına qatılmaq istəyən gənclərdən şəxsi məlumatlarını (CV) oktyabrın 5-dək [email protected] ünvanına göndərmələri xahiş olunur.
Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş Könüllülük proqramlarında 200 nəfərə yaxın gənc iştirak edib. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır