×
A
A
A
Sazlamalar

MN: Erməni sosial şəbəkələrində Azərbaycan Ordusu tərəfindən guya Basarkeçər rayonu istiqamətində atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır

Bakı, 25 sentyabr, AZƏRTAC

Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır. Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur.

Ordu 2022-09-25 18:35:00