×
A
A
A
Sazlamalar

Fidan Teymurova Karate1 Seriya A turnirinin finalına yüksəlib

Bakı, 25 sentyabr, AZƏRTAC

Türkiyənin Kocaeli şəhərində Karate1 Seriya A turniri keçirilir. Turnirdə 75 ölkədən 1078 idmançı iştirak edir.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Fidan Teymurova (-50 kq) yarışın finalına vəsiqə qazanıb. Karateçimiz bir-birinin ardınca Belçika, Misir, Türkiyə, İran və Əlcəzair idmançılarını məğlub edib. F.Teymurova qızıl medal uğrunda həlledici görüşdə Xorvatiya təmsilçisi ilə qarşılaşacaq.
Hindistan, İran, Türkiyə və Ukrayna komandasının üzvlərini məğlub edən Osman Osmanlı (84+ kq) isə yarımfinalda uduzsa da, bürünc medal uğrunda yarışacaq.
Milli komandamızın əsas və əvəzedici heyətindən Mədinə Sadiqova (-55 kq), Nuran Rzazadə (-67 kq) və Murad Hacızadə (84 kq) təsəlliverici görüşlərdə mübarizəni davam edəcək.
Turnirə sentyabrın 25-də yekun vurulacaq.

İdman 2022-09-25 02:00:00