×
A
A
A
Sazlamalar

Təhsil Tələbə Krediti Fondundan 351 nəfər imtina cavabı alıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Cari tədris ilinin payız sessiyasında təhsil tələbə krediti üçün müraciət edənlərdən 351 nəfəri imtina cavabı alıb, 1060 nəfərin müraciəti isə natamam olaraq qiymətləndirilib. Habelə 1761 tələbəyə kredit verilib.
Təhsil Tələbə Krediti Fondundan AZƏRTAC-a bildirilib ki, 2022-2023-cü tədris ilinin payız sessiyasında 4214 nəfər təhsil tələbə krediti almaq üçün müraciət edib.
Xatırladaq ki, 2021-2022-ci tədris ilinin payız semestrindən etibarən əyani təhsil alan tələbələrə kreditin verilməsinə başlanılıb.

Elm və təhsil 2022-09-24 15:17:00