×
A
A
A
Sazlamalar

“Sabahın alimləri” müsabiqəsinin qalibləri Amerikaya gedəcəklər

Bakı, 22 sentyabr, AZƏRTAC

ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XII respublika müsabiqəsi keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Müsabiqə Azərbaycanda fəaliyyət göstərən məktəblərin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır. Müsabiqə çərçivəsində 8 (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) istiqamət üzrə elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması hədəflərdən biridir.
Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri qazanan Azərbaycan məktəbliləri ABŞ-da ISEF-də iştirak edəcəklər.

Elm və təhsil 2022-09-24 10:29:00