×
A
A
A
Sazlamalar

Eyni ailənin bir neçə üzvünün ADA Universitetində təhsil alması adət halını alıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanında 650 bal toplayaraq kompüter elmləri ixtisasına qəbul olan Məhəmmədəli Zamanlının bacıları Kəmalə Zamanlı və Nəzrin Zamanlı hazırda ADA Universitetinin Dövlət və ictimai münasibətlər ixtisasında təhsil alırlar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, onların qardaşı Rauf Zamanlı isə artıq ADA Universitetinin məzunu olub.
Yeni tələbə Məhəmmədəli Zamanlıdan bir ailənin bütün gənc üzvlərini ADA-da birləşdirən ortaq dəyərin nə olduğunu soruşanda, o, “Universitetdəki keyfiyyətli təhsil və buradakı fərqli mühit”,- deyə cavab verib.

Elm və təhsil 2022-09-23 13:17:00