×
A
A
A
Sazlamalar

Bu il 87 əcnəbi tələbə dövlət hesabına təhsil alacaq

Bakı, 23 sentyabr, AZƏRTAC

Dövlət hesabına təhsil alması üçün əcnəbi vətəndaşların müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi prosesi həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş təhsil qrantı proqramları çərçivəsində 20 nəfər İslam Əməkdaşlıq Təşkilatı və 20 nəfər Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşı, həmçinin hökumətlərarası saziş çərçivəsində təhsil alması üçün 41 nəfər Çin, 1 nəfər Tacikistan, 5 nəfər Qazaxıstan vətəndaşının müraciəti dəyərləndirilib. Yaxın günlərdə həmin 87 əcnəbi tələbələrin tədrisə başlaması gözlənilir.
Əcnəbi tələbələrin vaxtında təhsil yerinə gəlişinin təmin olunması məqsədilə ali təhsil müəssisələri tərəfindən əcnəbi vətəndaşların hazırlıq kursları istisna olmaqla, digər təhsil səviyyələrinə qəbulu üçün son tarix 30 sentyabr müəyyən edilib. Hazırda qəbul prosesi yerli ali təhsil müəssisələri tərəfindən davam etdirilir.

Elm və təhsil 2022-09-23 11:59:00