×
A
A
A
Sazlamalar

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc edilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev, professor Akif Əliyev, aparıcı elmi işçilər Qoşqar Əliyev, Vüsalə Məcidzadə və elmi işçi Sevinc Cavadovanın “Üzvi elektrolitdən Sb-Se nazik təbəqələrinin elektroçökməsi” (Electrodeposition of Sb-Se Thin Films from Organic Electrolyte) adlı məqaləsi “Web of Science” beynəlxalq indeksləşmə bazasına daxil olan “Chemistry Africa” jurnalında dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədqiqat işi Sb-Se yarımkeçirici nazik təbəqələrinin elektrokimyəvi çökdürülməsinə və alınan təbəqələrin tərkibinə əsas amillərin təsirinin öyrənilməsinə həsr edilib.

Elm və təhsil 2022-09-23 11:14:00