×
A
A
A
Sazlamalar

BSU ilə Çexiya universitetləri arasında birgə tədqiqat layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Çex Respublikasının ölkəmizdəki səfiri Milan Sedlaçeki və onun müavini Daniel Putiki ilə görüşüb.
Bu barədə AZƏRTAC-a BSU-dan bildirilib. Qeyd olunub ki, rektor Anar Nağıyev qonaqlara sentyabrın 26-da keçiriləcək Avropa Dillər Gününün təşkilində, eləcə də Avropa ədəbiyyat gecəsində BSU tələbələrinin iştirakı, bu ali məktəbdə həyata keçirilən təhsil proqramları, o cümlədən çex dili üzrə kadr hazırlığı prosesi haqqında məlumat verib.
Görüşdə BSU ilə Çexiya universitetləri arasında ikili diplom və mobillik proqramlarının, birgə tədqiqat layihələrinin həyata keçirilməsi imkanları, universitetdə 2010-cu ildən fəaliyyət göstərən Çex dili və mədəniyyət mərkəzinin işinin optimallaşdırılması haqqında fikir mübadiləsi aparılıb.

Elm və təhsil 2022-09-23 10:13:00