×
A
A
A
Sazlamalar

Tarix Muzeyinin əməkdaşı “Peşələri tanıyaq” layihəsində

Bakı, 22 sentyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, arxeoloq Aslan Qasımov sentyabrın 25-də “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Elmlər Akademiyası filialında keçiriləcək “Peşələri tanıyaq” layihəsinin ilk qonağı olacaq.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Layihənin məqsədi uşaqlarda peşələr haqqında daha aydın təsəvvür formalaşdırmaq və suallarını birbaşa həmin sahənin mütəxəssislərinə ünvanlamaq imkanı yaratmaqdır.

Elm və təhsil 2022-09-22 15:44:00