×
A
A
A
Sazlamalar

“AzSciencenNet”in Şəbəkə İdarəetmə Mərkəzinin “EduGAİN” xidmətinə üzvlüyü təsdiq olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin “EduGAIN” xidmətinə üzvlüyü təsdiq edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, üzvlüyün təsdiqi səsvermə nəticəsində məlum olub. Səsvermədə 52 nəfər iştirak edib. “AzSciencenNet”in üzvlüyü 46 nəfərin səsverməsi ilə təsdiqlənib.
“EduGAIN” interfederasiya xidməti qlobal tədqiqat və təhsil icması üçün məzmuna, xidmətlərə və resurslara çıxışı asanlaşdırır. Bu xidmət bütün dünyada identiklik federasiyalarını birləşdirir. “EduGAIN” 8000-dən çox identiklik və xidmət provayderini birləşdirən 70-dən çox iştirakçı federasiyasından ibarətdir.
Xatırladaq ki, 2019-cu ilin iyul ayında LITNET-in (Litvanın tədqiqat və təhsil şəbəkəsi) nümayəndələri tərəfindən “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin bir qrup əməkdaşına “İdentifikasiya federasiyasının qurulması və inkişaf etdirilməsi” mövzusunda treninq keçirilib. Treninqin keçirilməsində məqsəd standartlar, həllər və arxitekturlara dair əsasların tədrisi, müvafiq proqram təminatı və arxitekturun seçilməsi, yerli federasiyaların qurulması, “EduGAIN” xidmətinə qoşulma və “EduRoam” xidmətinin quraşdırılmasına dəstək göstərmək idi.

Texnologiya 2022-09-22 14:14:00